📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna əks-hücumda ağır itkilər verib - ABŞ

2023-07-22 09:17:00

Ukrayna əks-hücumda ağır itkilər verib - ABŞ

Ukrayna Silahlı Qüvvələri əks-hücum zamanı ağır itki verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

“Bu əks-hücumda yaralanan və ölən Ukrayna əsgərlərinin sayı çoxdur. Döyüşlər çətin gedir, ancaq biz çətin olacağını demişdik”, - Sallivan bildirib. /axar.az/