Ukrayna ərazilərinin bir qismini qeyri-hərbi yolla qaytara bilər, amma Rusiyaya dincəlmək fürsəti verilə bilməz-Blinken
2023-03-24 11:32:00
ABŞ dövlət katibi Blinken konqressdə dinləmələr zamanı bildirib ki, Ukrayna ərazilərin bir hissəsini qeyri-hərbi yolla geri qaytara bilər, lakin Rusiyanın dincəlməsinə və yenidən hücuma keçməsinə icazə verilə bilməz.
O eləcə də qeyd edib ki, yekun qərar, müstəqillik və ərazi bütövlüyünə baxış kimi bu qərar da ukraynalıların əlindədir.
"Düşünürəm ki, Ukraynada ukraynalıların döyüş meydanında döyüşmək əzmində olduqları ərazilər olduğu kimi, elə ərazilər də ola bilər ki, onlar başqa yollarla qayıtmağa cəhd etməli olacaqlar. Bu, ukraynalıların qərarı olmalıdır. Biz, şübhəsiz ki, ruslara yenidən silahlanmaq və sonra yenidən hücum etmək imkanı verəcək bir anda dayanmaq istəmirik", deyə Blinkin fikrini ifadə edib.
Ülviyyə, Hurriyyet.az