📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna ərazisinə BMT sülhməramlılarının yerləşdirilməsi təklif olunub

2023-06-03 11:12:00

Ukrayna ərazisinə BMT sülhməramlılarının yerləşdirilməsi təklif olunub

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İndoneziya Ukraynaya BMT-nin sülhməramlı qüvvələrini yerləşdirməyi təklif edib.

Təklifi İndoneziyanın Müdafiə naziri Prabovo Subianto Sinqapurda keçirilən “Şanqri-La dialoq” adlı təhlükəsizlik üzrə konfransda səsləndirib. Subianto Ukraynadakı münaqişə zonasının demilitarizasiyasını təşkil etməyi və oraya BMT-nin sülhməramlı qüvvələrini yeritməyi təklif edib. O, ilk növbədə hər iki tərəfin atəşi dayandırmasını təklif edib. “İkinci addım olaraq – yeni demilitarizasiya zonasının yaradılması üçün hər iki tərəf özünün indiki mövqelərindən 15 km geri çəkilir. Ardından bu zonaya beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi zəruridir. Sakinlərin əksəriyyətinin istəyinin necə olduğunu müəyyənləşdirmək üçün BMT bu mübahisəli ərazilərdə referendum keçirməlidir”.

Hürr Tərcüman