Ukrayna əsgərləri erməni batalyonunu məhv ediblər - başçıları "Vaqner" muzdlusu idi
2023-07-20 12:48:00
Hurriyyet.az xəbər verir ki, Ukraynanın “Teleqram” kanallarının yaydığı məlumata görə, Ukrayna ordusu ermənilərin “Arbat” batalyonunu məhv ediblər.
İyulun 2-də Moskvadakı Erməni kilsəsində vida mərasimində iştirak edən və beynəlxalq “Pyatnaşka” briqadasının tərkibində olan “Arbat” erməni batalyonu cəbhənin Donetsk istiqamətində darmadağın edilib.
Batalyon iki gün əvvəl Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”da iştirak etməyə başlayıb.
Batalyonun başçısı keçmiş "Vaqner" muzdlusu, RF Prezidenti V.Putinin "Cəsarət" ordeni ilə təltif elədiyi Ayk Qasparyan olub.
Hürr Tərcüman