📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna gecə 75 PUA ilə hücum etdi - Rusiya MN

2024-08-09 10:09:03

Ukrayna gecə 75 PUA ilə hücum etdi - Rusiya MN

Rusiyanın növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 75 pilotsuz təyyarəni məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukrayna ordusu gecə boyu Rusiyanın müxtəlif regionlarına təyyarə tipli PUA-larla hücum edib:

“Onlardan 26-sı Belqorod, 19-u Lipetsk, 7-si Kursk, 5-i Bryansk, 4-ü Voronej, 1-i Orlov, 5-i Krım, daha 8-i isə Qara dəniz səmasında zərərsizləşdirilib.

Qara dəniz akvatoriyasında Krım yarımadası istiqamətində hərəkət edən pilotsuz 7 də kater məhv edilib”.