📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna gəmi əleyhinə “Harpun” raketləri alıb...

2022-09-07 22:43:00

Ukrayna gəmi əleyhinə “Harpun” raketləri alıb...

...Silahların tədarükü çərçivəsində Ukrayna ABŞ-ın avtomobil platformasına quraşdırdığı “Harpun” gəmi əleyhinə raketləri alıb.

Bu barədə ABŞ müdafiə nazirinin tədarük və logistika üzrə müavini Bill LaPlante bildirib.

Maraqlıdır ki, amerikalı hərbçi yaşananları.... “inanılmaz yenilik baş verir”-deyə xarakterizə edib.

Qeyd edək ki, LaPlante, adını çəkmədiyi ölkənin gəmidə dəniz əsaslı Harpoons quraşdırıldığını söyləyib. Həmən ölkə raketləri modifikasiya etməyi təklif edərək ABŞ-a təhvil verib. Harpoon modulları gəmidən çıxarılıb və amerikalı tərtibatçılar onları platformalı yük maşınlarına yerləşdirməyi bacarıblar.

Pentaqon sözçüsünün dediyinə görə, mayın sonundan başlayaraq amerikalı hərbi təlimatçılar ukraynalılara bu silahlardan istifadə qaydalarını öyrədiblər.

Yeri gəlmişkən, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Danimarkanın “Harpun” gəmi əleyhinə raketləri və onlar üçün buraxılış qurğusunu mayın 23-də Ukraynaya təhvil verdiyini açıqlayıb. \\SİA