Ukrayna Gürcüstandan nələri tələb edir?
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kiyev ilə Tbilisi arasındakı münasibətləri normallaşdırmaq üçün Ukrayna iqtidarı Gürcüstandan Rusiya ilə 2023-cü ildə bərpa edilmiş hava əlaqələrini dayandırmağı və eks-prezident Mixail Saakaşvilini həbsdən azad etməyi tələb edib. Bu tələbləri hakim "Xalqın xidmətçisi" partiyasının Ali Radadakı fraksiyasının sədri David Araxamiya səsləndirib. O, "Teleqram" kanalındakı səhifəsində yazıb: "Həqiqətən da normallaşdırmadan söhbət gedirsə, bunun üçün plan var: vətəndaşımız Mixail Saakaşvilini həbsdən azad edib ölkəmizə qaytarmaq və RF ilə birbaşa aviauçuşları dayandırmaq".
Araxamiya yazıb: "Gürcüstan Rusiyanın Qərbin sanksiyalarından yayınmasına kömək etməyi dayandırmalıdır. Bundan sonra münasibətlərin normallaşdırılması asanlıqla baş tutacaq".
Hürr Tərcüman