📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna hərbçiləri 2 min rus əsgərini əsir götürdü

2022-03-08 10:07:00

Ukrayna hərbçiləri 2 min rus əsgərini əsir götürdü

Fevralın 24-dən indiyədək Rusiya ordusunun 2 minədək hərbçisi əsir götürülüb.

Hurriyyet.az xəbər verir ki, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib.

Geraşenko əlavə edib ki, əsir götürülənlər əsasən döyüşdən sonra meşəlik ərazilərə qaçanlardır. .

“Əsirlərin dəqiq uçotu hələ ki, aparılmır. Amma deyə bilərəm ki, sayları 2 min nəfərə çatır”, - deyə o qeyd edib.