Ukrayna hərbçiləri ABŞ-da təlim keçə bilərlər
2022-12-23 12:37:00
Hurriyyet.az xəbər verir ki, “Politiko” (“Politico”) nəşri ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadla Pentaqonun ukraynalı hərbçilərə “Patriot” raket sistemlərinin idarəsini öyrətmək üçün Birləşmiş Ştatların ərazisində təlim keçmək imkanlarını nəzərdən keçirdiyini yazıb.
Nəşrin yazdığına görə, ABŞ hərbçiləri artıq ukraynalı hərbçilərə M777 və HLMARS sistemlərindən istifadə eləməyi öyrədiblər. Lakin həmin təlimlər Şərqi Avropada, Almaniyada və Böyük Britaniyada keçirilib.
Pentaqonun rəsmi açıqlamasında ABŞ mütəxəssislərinin yaxın zamanda ukraynalı hərbçilərə “Patriot” sistemlərindən istifadəni öyrədəcəkləri bildirilir.
Hürr Tərcüman