📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna hərbçiləri Baxmutda belə irəlilədi - Video

2023-05-10 23:51:00

Ukrayna hərbçiləri Baxmutda belə irəlilədi - Video

Ukrayna Silahlı Qüvvələrinin hücum briqadasının əsgərləri Baxmut yaxınlığında əməliyyatın ilk gününün görüntülərini yayıblar.

Hurriyyet.Az xəbər verir ki, yayılan görüntülərdə Rusiyanın 72-ci briqadasının mövqelərindən geri çəkildiyi əks olunub.

Həmin gün döyüş nəticəsində 13 rus hərbçisi məhv edilib, daha 25-i yaralanıb, bir neçə sursat anbarı məhv edilib.

Briqadanın dərc etdiyi kadrlarda zirehli texnika və atəşin altında olan ukraynalı hərbçilərin ildırım sürəti ilə düşmən ərazisindən keçərək onunla sıx döyüşə girməsi əks olunub.

 

Mənbə: Axar.Az