Ukrayna hərbçiləri Luqanskı atəşə tutub
2022-02-17 10:08:00
Ukrayna Silahlı Qüvvələri bu gün səhər saatlarında tanınmayan Luqansk Xalq Respublikasının ərazisini atəşə tutub.
Bu barədə məlumatı “RİA Novosti” yayıb.
İlkin məlumata görə, Ukrayna Silahlı Qüvvələri Luqansk ərazisinə dörd dəfə atəş açıb.
Ukrayna tərəfinin 120 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəş açdığı iddia olunur.