📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna hərbçiləri yenə “mərmi aclığı” çəkir

2024-08-30 14:54:09

Ukrayna hərbçiləri yenə “mərmi aclığı” çəkir

Krasnoarmeysk istiqamətində döyüşən Ukrayna hərbçiləri artilleriya mərmiləri çatışmazlığından əziyyət çəkir.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” ukraynalı hərbçilərə istinadla məlumat yayıb.

“Mərmilərimiz tükənmək üzrədir. Kifayət qədər ehtiyatımız yoxdur”, - hərbçilərdən biri nəşrə açıqlamasında deyib.

Onun sözlərinə görə, resursların böyük hissəsi Kursk vilayətində döyüşən bölmələrə göndərilib.