Ukrayna hərbçilərinin əks-hücumu uğurla nəticələndi
Bəzi mövqelər geri alınıb
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baxmtda əks-hücuma keçəndən sonra Rusiya qüvvələri bəzi mövqeləri tərk ediblər. Bu barədə açıqlamanı Ukraynanın Şərq Qüvvələrinin komandanı Aleksandr Sırski verib: “Düşmən irəliləmək üçün maksimum səy göstərir və heç nə ilə hesablaşmır. Böyük itkilərə baxmayaraq, Vaqnerin, digər özəl hərbi şirkətlərin yeni-yeni hücum qrupları, desantları meydana atılır. Lakin rəqib şəhəri nəzarət altına ala bilmir. Vəziyyət yetərincə mürəkkəbdir. Bununla yanaşı, şəhərin ayrı-ayrı sahələrində bölmələrimizin əks-hücumu nəticəsində düşmən əks-hücuma məruz qalaraq bəzi mövqeləri tərk edib. Baxmut istiqamətində intensiv döyüşlər davam etsə də, düşmən Ukrayna mövqelərinin müdafiəsini qıra bilməyib”.
Hürr Tərcüman