📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna ildə 10 milyon dron istehsal edəcək - Cəbhədəki işin 80 faizini PUA-lar görür

2025-06-03 11:24:31

Ukrayna ildə 10 milyon dron istehsal edəcək - Cəbhədəki işin 80 faizini PUA-lar görür

Ukrayna PUA sənayesini yeni səviyyəyə qaldırıb və havada, yerdə və suda innovativ həllər hazırlayır. Hazırda Ukrayna müdafiə sənayesi ildə 10 milyon müxtəlif pilotsuz təyyarə istehsal edə bilir. 

Hurriyyet.az xəbər verir ki, bunu Sinqapurda keçirilən “Şanqri-La Dialoq” təhlükəsizlik forumunda Ukrayna müdafiə nazirinin müavini Aleksandr Kozenko deyib.

Onun sözlərinə görə, Ukrayna pilotsuz təyyarə operatorlarının hər gün qazandıqları təcrübəni nəzərə alaraq, bu silahların istifadəsinə dair doktrinal dəyişikliklər yazır. Kozenko qeyd edib ki, ümumilikdə pilotsuz təyyarələr cəbhədəki işin 80%-ni görür.

Qurum rəsmisi beynəlxalq müdafiə şirkətlərinin Ukraynanın müdafiə sənayesi ilə əməkdaşlıq etməsini, xüsusilə istehsalın maliyyələşdirilməsini, birgə müəssisələrin yaradılmasını və təcrübə mübadiləsini təklif edib.

AzPolitika.info