📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna ilə bağlı qətnamənin məqsədi budur - Papuaşvili

2025-02-01 23:40:41

Ukrayna ilə bağlı qətnamənin məqsədi budur - Papuaşvili

Gürcüstan hökuməti dünyada və regionda sülhün və sabitliyin bərqərar olmasına çalışıb. Hökumətimizin 2022-ci il fevralın 1-də Ukraynadakı eskalasiya ilə bağlı qərarı da bu məqsədə xidmət edib.

Hurriyyet.Az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, ümumiyyətlə Gürcüstan hökumətinin qəbul etdiyi bütün qərarlar ölkənin milli maraqlarına və geosiyasi reallıqların düzgün qiymətləndirilməsinə əsaslanıb:

“Qətnamənin əsas məqsədi Ukraynanın suverenliyinə dəstək ifadə etmək və bölgədə müharibənin qarşısını almağa çağırış olub”. \\Axar.az