📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna ilə bağlı suala belə cavab verdi

2026-10-13 22:49:36

Ukrayna ilə bağlı suala belə cavab verdi

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmadığını açıqlayıb.

Hurriyyet.net  xəbər verir ki, Tramp jurnalistlərin kəşfiyyat mübadiləsinin dayandırılıb-dayandırılmaması ilə bağlı sualına qısaca “Xeyr, dayandırmamışıq” cavabını verib.

Xatırladaq ki, bundan əvvəl CNN telekanalı Pentaqon və ABŞ Dövlət Departamentinin ötən həftəsonu Kiyevə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmağa hazır olduqları barədə xəbərdarlıq etdiyini bildirmişdi. Bu məlumatlar Ukrayna rəhbərliyində ciddi narahatlıq yaratmışdı.

Narahatlığı artıran məqam isə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin oktyabrın 12-si axşam saatlarında Rusiyanın Kiyevdəki hədəflərə raket atması barədə öncədən xəbərdar olunmadıqlarını bildirməsi olub. Ukrayna Prezidenti Volodimir Zelenski də Qərbdən zərbə barədə xəbərdarlıq almadıqlarını təsdiqləyib. Bununla belə, XİN rəhbəri Andrey Sibiqa ABŞ kəşfiyyatı ilə əməkdaşlığın davam etdiyini iddia edib.