📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna ilə razılığa yaxınıq - Lavrov

2022-03-16 17:44:00

Ukrayna ilə razılığa yaxınıq - Lavrov

Hazırkı böhran vacib məqamdır. Bu, dünya nizamını müəyyən edəcək.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Ukrayna ilə sülh danışıqları çətindir, lakin barışığa ümid var. Ukrayna ilə bəzi formullar üzərində razılığa gəlməyə yaxınıq. Bizim üçün əsas məsələlər Şərqi Ukrayna xalqının təhlükəsizliyi və Kiyevin tərksilahıdır. Ukraynanın neytrallıq statusu Rusiyanın təhlükəsizlik tələbləri ilə paralel olaraq müzakirə edilir”, - Lavrov bildirib.