Ukrayna İranı məhkəməyə verdi
İran dövləti və İran İnqilabı Keşikçiləri ittiham edilir
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Ukrayna Beynəlxalq Hava Yolları İranın paytaxtı Tehran şəhərində Tehran-Kiyev marşrutu ilə səfər edən sərnişin təyyarəsinin vurulması səbəbindən İranı məhkəməyə verib.
Ukrayna Beynəlxalq Hava Yolları məhkəmə işinin Kanadanın Ontario ştatında qaldırıldığını bildirib.
Məhkəmədə İran və İnqilab Keşikçiləri müqəssir olaraq göstərilir, İrandan təzminat tələb edilir. İran 2020-ci il yanvarın 8-fə yerli vaxtla saat 6.12-də havaya qalxan, Ukrayna Beynəlxalq Hava Yollarına məxsis “Boeing 737” markalı sərnişin təyyarəsinin raket ilə vurulduğu faktını təsdiq eləmişdi.
Hadisə nəticəsində təyyarədə olan 9 nəfər ukraynalı heyət və 167 nəfəri Ukrayna, İran, kanada, İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşı olmaqla, ümumilikdə 176 nəfər insan həlak olmuşdu.
Sonradan İran hökuməti təyyarə qəzasında həlak olan sərnişinlərin ailələrinə 150 min dollar təzminat ödəməyi qərara alsa da, bəzi ailələr bu pulu rədd eləmişdilər.
Kanadanın Baş naziri Castin Trüdo isə Ukrayna təyyarəsinin Tehranda vurulması nəticəsində həlak olmuş Kanada vətəndaşlarının yaxınlarına maddi yardımlar edəcəyini bildirmişdi. Trüdo demişdi: “İlkin mərhələdə Kanada hökuməti olaraq qəzada həlak olan Kanada vətəndaşı, yaxud da ölkəmizdə daimi yaşayış hüququ olan şəxslərə 25 min Kanada dolları yardım edəcəyik. Bu, misli-bərabəri olmayan hadisə həm də İrana beynəlxalq sanksiyaların da bir nəticəsidir. Həlak olanlarına ailələrinə İranın təzminat ödəyəcəyinə əminik. Lakin o ailələrlə görüşdüm. Həftələrlə gözləyə bilməzlər, onların indi dəstəyə ehtiyacları var”.
Hürr Tərcüman