📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna İranla diplomatik əlaqələrini kəsə bilər

2023-02-03 16:44:00

Ukrayna İranla diplomatik əlaqələrini kəsə bilər

“İranın hərbi obyektlərinə edilən hücumlar bir siqnal idi”

Hurriyyet.az xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba “BBC News Ukrayna” kanalına müsahibəsində İran ilə diplomatik münasibətlərin kəsilməsi barəsində qərarın Tehranın davranışından asılı olaraq istənilən anda qəbul edilə biləcəyini söyləyib.

Kuleba deyib: “Bilirsinizmi ki, mən Prezidentin nəzərinə belə bir təklifi çatdırmışam, bu məsələ tamamilə açıq olaraq qalır. İranın gələcək davranışından asılı olaraq, qərar istənilən anda qəbul edilə bilər”.

Nazir əlavə edib ki, İrandakı hərbi infrastruktur obyektlərinə kimlərin vurduğunu bilmir. “Biz İrana tarixən heç bir pislik eləməmişik. Onlar Rusiyaya hərbi kamikadze-dronlar verməyə başladılar. Onlar həddi aşdılar”.

Nazir bu hücumları “siqnal” adlandıraraq deyib: “Ukraynaya qarşı Rusiya ilə əməkdaşlıq eləmək sizə nə qədər sərfəli görünsə də, sizi əmin edirəm ki, bu əməkdaşlığın mənfi nəticələri, istənilən faydanı dəfələrlə ötəcəkdir”.

Hürr Tərcüman