📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna İstanbul danışıqlarını tərk edir? - Zelenskinin açıqlaması

2025-06-04 17:11:19

Ukrayna İstanbul danışıqlarını tərk edir? - Zelenskinin açıqlaması

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın İstanbul danışıqlarını tərk etməsinə işarə vurub. 
Zelenski "Hörümçək toru" əməliyyatı zamanı Rusiyanın 41 qırıcısının zədələndiyini, onlardan yarısının artıq təmir edilə bilməyəcəyini söyləyib. Onnun sözlərinə görə, Rusiya əvvəldən atəşkəsə razı olsaydı, bu zərbədən yayınmaq olardı.
Zelenski liderlərin görüşünə qədər müvəqqəti sülh elan etməyi təklid edib. O, Ukraynanın istənilən vaxtda belə bir tədbirdə iştirak etməyə hazır olduğunu qeyd edib. Bununla yanaşı, Zelenski Moskvanın təkliflərinin "qəbuledilməz" olduğunu da deyib. 
Zelenski İstanbul danışıqlarının "qərarlarla nəticələnməyən səviyyədə davam etməsinin mənasız olduğunu" deyib.
Hürr Tərcüman