Ukrayna Kəşfiyyat İdarəsi: 9 yanvar tarixindən Rusiyadan hərbi çağırışçıların çıxışı məhdudlaşıb
2023-01-11 10:39:00
9 yanvar tarixindən etibarən Rusiyada ölkədən hərbi mükələfiyyətli şəxslərin çıxışına məhduddiyyət gətirilib. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, Rusiya FSB ölkənin bütün sərhəd şöbələrinə belə bir əmr göndərdi. Əmrdə bildirilir ki, «9 yanvar 2023-cü il saat 00 00-dan Rusiya FSB idarəsi sərhədlərin ölkə ərazisindən kənara çıxmaq istəyən "A", "B" və "B" kateqoriyalarından hərbi xidmətə hazırlığı olanlar üçün məhdudlaşdırılmasını təmin etsin".
Kəşfiyyat idarəsinin açıqlamasına görə, "B" kateqoriyasına aid şəxslər hərbi xidmət üçün ən az uyğun olan vətəndaşlardır. Bu kateqoriyaya aid çağırışçılar hərbi təlimdən azad edilmiş və ehtiyata aid olan təbəqədir.
Ülviyyə, Hurriyyet.az