📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna kəşfiyyatı general Gerasimovun öldüyünü bildirdi

2022-03-08 16:01:00

Ukrayna kəşfiyyatı general Gerasimovun öldüyünü bildirdi

Hurriyyet.az “Azadlıq” radiosunun rus redaksiyasına istinadla xəbər verir ki, Ukraynanın Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi Xarkov yaxınlığındakı döyüşlərdə Rusiya ordusunun general-mayoru Vitali Gerasimovun öldürüldüyünü iddia edib. İdarənin aıqlamasında söhbətin Rusiyanın Mərkəzi Hərbi Dairəsinin 41-ci ordusunun komandanının birinci müavini və qərargah rəisindən getdiyini bildirib.

Gerasimov İkinci Çeçenistan müharibəsində, Suriyadakı əməliyyatlarda, həmçinin, Krımın işğalında iştirak edib. Müxtəlif mükafatlarla, o cümlədən Vətənə xidmətə görə ordeni ilə təltif edilib.

Araşdırmaçı-jurnalist Xristo Qrozyev iddia edir ki, Gerasimovun ölümü rusiyalı hərbçilərin danışıqlarının səsyazmasında da təsdiq olunub. Jurnalist həmin səsyazmaların onda olduğunu bildirib, lakin həmin səsyazmaları necə əldə elədiyini söyləməyib.

Rusiya tərəfindən general-mayorun ölümü barəsində rəsmi məlumat verilməyib. Kremli dəstəkləyən teleqram-kanalları Gerasimovun sağ olduğunu əminliklə iddia edirlər.

Hürr Tərcüman