📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna kəşfiyyatı rus casus şəbəkəsini ələ keçirdi

2023-10-03 13:41:30

Ukrayna kəşfiyyatı rus casus şəbəkəsini ələ keçirdi

Ukrayna Təhlükəsizlk Xidməti (SBU) Nikolaev vilayətində böyük Rusiya agent şəbəkəsinin aşkarlandığını  açıqlayıb.

Belə ki, Ukrayna əks-kəşfiyyatı müharibə zamanı Rusiyanın ən böyük kəşfiyyat şəbəkələrindən birini zərərsizləşdirdiyini iddia edir: Nikolayev vilayətində 13 yerli sakin saxlanılıb.

İddialara görə, onlar Ukrayna Silahlı Qüvvələrinin yerləri və hərəkətləri haqqında kəşfiyyat məlumatları toplayıb və hava hücumlarını düzəliş ediblər. Xüsusilə, UTX-nin məlumatına görə, 2022-ci ilin payızında Nikolaevdə çoxmərtəbəli binaya S-300 hava hücumundan müdafiə sistemindən zərbə endirilib, sonra yeddi nəfər həlak olub. Rusiya tərəfi Ukrayna xüsusi xidmətinin bəyanatını şərh etməyib.

Ukrayna kəşfiyyatı xəbər verir ki, məlumatların ötürülməsi üçün əlaqə zabiti “Lələkli” təxəllüsü ilə tanınan kremlpərəst bloger Sergey Lebedev olub.

Saxlanılanlardan 4-ü artıq cəzalandırılıb - 8 ildən 15 ilədək həbs, daha 9-u isə həbsdədir.

Ülviyyə, Hurriyyet.az