📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna kəşfiyyatı: "Rusiya müvəqqəti işğal olunmuş əraziləri Krıma birləşdirmək barədə düşünür"

2022-05-03 17:07:00

Ukrayna kəşfiyyatı:

“Rusiya Ukraynanın cənubundakı müvəqqəti işğal olunmuş əraziləri Krıma birləşdirmək barədə düşünür”.

Hurriyyet.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilir ki, həmin ərazilərin ilhaqı və sonradan iqtisadi inteqrasiya planının hazırlanması planlaşdırılır.

“Bunun üçün 2030-cu ilə qədər müddət ayırılıb. Üzərlərində “Rusiya”, “Donbas Respublikası”, “Mariupol”, “hərbi-mülki administrasiya” sözləri yazılmış möhürlər hazırlanır”, - məlumatda bildirilib.