Ukrayna kəşfiyyatı Rusiyanın yeni SSENARİSİNİ AÇIQLADI: "Kreml onu prezident elan etmək istəyir"
2022-03-02 14:45:00
Ukrayanın sabiq prezidenti Viktor Yanukoviç hazırda Minskdədir, Ukrayna kəşfiyyatının məlumatına görə, hazırda Kreml onu xüsusi əməliyyata hazırlayır.
Hurriyyet.az xəbər verir ki, bu barədə "Ukrainskaya pravda" Ukrayna kəşfiyyatındakı mənbə bildirib.
Qeyd olunur ki, ssenarilərdən birinə görə, onu Minskdə Ukrayna prezidenti elan etməyə çalışacaqlar.
Mənbə bildirib ki, əldə edilən məlumatlar Kreml tərəfindən yaxın vaxtlarda eks-prezident Yanukoviçin Ukraynaya qayıtması və ya onun adından Ukrayna xalqına müraciətin dərc edilməsi ilə bağlı hansısa informasiya əməliyyatı və ya aksiyanın hazırlana biləcəyinə işarə edir.