📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna kəşfiyyatından AÇIQLAMA: Rusiya ölüləri Xersonun kənarında yandırır

2022-07-07 18:39:00

Ukrayna kəşfiyyatından AÇIQLAMA: Rusiya ölüləri Xersonun kənarında yandırır

Ukrayna kəşfiyyatı xəbər verir ki, Rusiya işğalçı hərbçiləri ölüləri Xersonun kənarında yandırır. Adi insanlar dəfələrlə çoxsaylı cəsəd qalıqları olan yerlər tapıblar. Cəsədlərin həddən çox zədələndiyinə görə onları dəqiq müəyyən etmək mümkün deyil.
“Cəsədlər yerli istintaq təcridxanasından yük maşınları ilə gətirilir. İşğalçılar cəsədlərin yandırılması faktlarını gizlətməyə çalışırlar, ona görə də törətdikləri əməllərin üstünü artilleriya atəşi ört-basdır etməyə çalışırlar. Əvvəlcə top atəşi ilə hadisə yerində partlayış səsləri eşidilir, sonra yanğın baş verir. Yəni faktı yanğın kimi qələmə verməyə çalışırlar. Eyni zamanda, ruslar yanğını söndürmək üçün hadisə yerinə təcili xidmətlərin icazə vermirlər" deyə kəşfiyyat xidməti qeyd edir.

Ülviyyə, Hurriyyet.az