📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna kəşfiyyatının rəhbəri Navalnının ölüm səbəbini açıqladı - Silahdaşları etiraz edir

2024-02-26 14:04:55

Ukrayna kəşfiyyatının rəhbəri Navalnının ölüm səbəbini açıqladı - Silahdaşları etiraz edir

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov rusiyalı müxalif siyasətçi Aleksey Navalnının qan laxtalanmasından (tromb) öldüyünü bildirib.

Hurriyyet.az xəbər verir ki, Budanov Kiyevdə keçirilən "Ukrayna. İl 2024" forumunda yerli jurnalistin sualını cavablandırıb.

O, bu məlumatı “az-çox təsdiqlənmiş” adlandırıb. Qeyd edək ki,  Rusiyanın dövlət televiziya kanalı da öz  mənbələrinə istinadən bu məlumat yaymışdı.

Budanov Navalnının ölüm səbəbi haqqında danışrkən deyib : "Sizi məyus edə bilərəm, amma bildiyimiz odur ki, o, həqiqətən də qan laxtanmasından ölüb. Bu, az-çox təsdiqlənib. Bu məlumat, internetdən götürülməyib, təəssüf ki, təbii ölüm baş verib”.

Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondundakı (FBK) tərəfdaşları və arvadı Yuliya onun öldürüldüyünü bildiriblər. FBK siyasətçinin ölümü ilə bağlı məlumat verənə 100 min avro vəd edib.

FBK-nın rəhbəri Mariya Pevçix “Tvitter”də Budanovun sözlərini bir sözlə cümlə ilə edib: “O, yalan danışır”.

Navalnı fevralın 16-da Arktika Dairəsindən kənarda yerləşən Yamalo-Nenets Muxtar Dairəsindəki xüsusi rejimli islah koloniyasında dünyasını dəyişib. Siyasətçinin 47 yaşı var idi.

Yarılmanın nəticələrinə əsasən səlahiyyətlilər tərəfindən hazırlanan tibbi rəydə Navalnının ölümünün təbii olduğu qeyd edilib.

Navalnının silahdaşları və ailəsi təkrar ekspertizanın aparılıb-aparılmayacağı ilə bağlı açıqlama verməyib.

AzPolitika.info