📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Kremlə dronla hücum cəhdi etdi-9 May münasibətilə...

2023-05-03 16:09:00

Ukrayna Kremlə dronla hücum cəhdi etdi-9 May münasibətilə...

Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti Ukraynanın Kremlə zərbə endirmək cəhdini açıqlayıb.
Rusiya KİV-ləri prezident Putinin mətbuat xidmətinə istinadən xəbər verirlər ki, Ukrayna gecə saatlarında Kremlə zərbə endirməyə cəhd edib.
Belə ki, Rusiya hərbçiləri və xüsusi xidmət orqanları Kremlə hücum edən iki PUA-nı sıradan çıxarıb. Ukraynanın Kremlə hücumu nəticəsində itki olmayıb. Kreml Kiyev rejiminin hücum cəhdini planlaşdırılmış terror aktı və  9 May Qələbə günü ərəfəsində Rusiya Federasiyası Prezidentinin həyatına sui-qəsd cəhdi kimi qiymətləndirir.

Ülviyyə, Hurriyyet.az