Ukrayna Krım körpüsünə zərbə endirib - Video
2026-11-17 12:23:55
Ukrayna ordusu noyabrın 17-nə keçən gecə Krım körpüsünə zərbə endirib.
Hurriyyet.net Ukrayna mediasına istinadən xəbər verir ki, zərbə nəticəsində körpünün bir hissəsi qismən dağılıb.
Rusiyanın Nəqliyyat Nazirliyi isə körpüdə avtomobillərin hərəkətinin dayandırıldığını açıqlayıb.
Sosial şəbəkələrdə hücum anına və zərbədən sonra körpünün vəziyyətinə dair görüntülər yayılıb.