📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ukrayna Krıma dronlarla hücum edib”

2023-08-25 09:11:41

“Ukrayna Krıma dronlarla hücum edib”

“Ukrayna ordusu avqustun 25-nə keçən gecə 42 pilotsuz uçuş aparatı (PUA) ilə Krıma hücum etməyə cəhd edib”.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, PUA-lar radioelektron mübarizə vasitəsiləri tərəfindən zərərsizləşdirilib və məqsədlərinə çatmayıb. 

Xatırladaq ki, avqustun 24-ü Ukraynanın kəşfiyyat bölmələri xüsusi əməliyyat çərçivəsində Krım yarımadasına daxil olub. Əməliyyat çərçivəsində Krımda Ukrayna bayrağı asılıb.

qafqazinfo.az