📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Krımdakı Çonqar körpüsünü vurdu - Video

2023-06-22 10:54:00

Ukrayna Krımdakı Çonqar körpüsünü vurdu - Video

Ukrayna ordusu Krımdakı Çonqar körpüsünü vurub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Krım hökumətindən məlumat verilib.

Məlumata görə, körpüyə ciddi ziyan dəyib. Hazırda yol bağlıdır. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Ukrayna Teleqram kanallarının məlumatına görə, körpü "Storm" raketləri ilə vurulub.

Qeyd edək ki, Çonqar körpüsü Krımı Xerson vilayəti ilə bağlayan 3 yoldan biridir.