Ukrayna Krımla bağlı danışıqların 15 il davam eləməsini təklif edib
2022-03-29 16:57:00
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Krım məsələsini 15 il ərzində həll eləməyi təklif edib. Ukraynanın nümayəndə heyəti Rusiya tərəfinə təklif edib ki, atəşkəs müqaviləsinin ayrıca bəndində Krım ilə Sevastopolun statusu məsələsinin 15 il ərzində keçiriləcək ikitərəfli danışıqlarda həll edilməsi qeyd edilsin və həmin müddət ərzində Krım məsələsini həll eləmək üçün hərbi və ya hər hansı bir digər silahlı qüvvədən istifadə edilməsin.
Bu barədə açıqlamanı Ukrayna Prezidenti Ofisinin başçısının müşaviri Mixail Podolyak bu gün Türkiyədə keçirilən danışıqlardan sonra verib.
Hürr Tərcüman