📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Kuril adalarını Yaponiyanın ərazisi kimi tanıdı: "Kuril adaları - Yaponiyadır!"

2022-10-08 09:39:00

Ukrayna Kuril adalarını Yaponiyanın ərazisi kimi tanıdı:

“Bütün dövlətləri Kuril adalarını Yaponiya ərazisi kimi tanımağa çağırırıq”

Huriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ənənəvi videomüraciətində Ukraynanın Kuril adalarını Yaponiya ərazisi kimi tanıdığını bildirib.

Zelenski bununla bağlı fərman imzaladığını, həmçinin Ali Radanın da müvafiq bəyanat verdiyini söyləyərək deyib: “Ukrayna Yaponiyanın suverenliyinə və hələlik Rusiya işğalı altında olan şimal əraziləri də daxil olmaqla, onun ərazi bütövlüyünə hörmət etdiyini təsdiqləyib”.

Zelenski deyib: “Biz dünyada hamını analoji qərar verməyə çağırırıq”.

Hürr Tərcüman