📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna latın əlifbasına keçə bilər

2022-06-07 23:23:00

Ukrayna latın əlifbasına keçə bilər

Ukraynada kiril əlifbasından latın əlifbasına keçidlə bağlı ölkə prezidenti Volodimir Zelenskiyə ünvanlanmış petisiya dövlət başçısının saytında qeydə alınıb.

Petisiyanın təşəbbüskarının sözlərinə görə, kiril əlifbasından imtina “nəhayət ki, Rusiya ilə dil əlaqələrini də kəsəcək”.

Müraciət 25 min imza toplayarsa, dövlət başçısı ona cavab verməyə borclu olacaq. \\Redaktor