📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Macarıstanın təklifini rədd etdi

2024-07-02 21:21:31

Ukrayna Macarıstanın təklifini rədd etdi

Ukrayna Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya ilə müharibədə atəşkəslə bağlı təklifini rədd edib.

Bu barədə məlumatı Ukrayna Prezident ofisinin sədr müavini İqor Jovkva açıqlayıb.

İ.Jovkva bu haqda Ukraynanın yutubda yayımlanan telemarafondakı çıxışı zamanı danışıb.

“Baş nazir öz fikrini söyləyib. Bu, hadisələrin mümkün inkişafına dair mövqe bildirən ilk ölkə deyil. Prezident Zelenski həmsöhbətini dinləyib və mövqeyini ifadə edib. Ukraynanın mövqeyi kifayət qədər dəqiq, aydın və bəllidir”, - o deyib. \\Ölkə.az