Ukrayna MN Belqoroddakı partlayışla bağlı açıqlama verdi
“Bu xəbəri nə təsdiq, nə də təkzib edirik”
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukraynanın Müdafiə Nazirliyi Rusiyanın Belqorod şəhərindəki neft bazasındakı partlayışla bağlı açıqlama verib.
Nazirliyin təmsilçisi Aleksandr Motuzyanık Belqoroddakı neft bazasında yanğını Ukrayna qüvvələrinin törətdiyi barəsində informasiyanı nə təsdiq, nə də təkzib edib. Motuzyanık bu gün keçirilən brifinqdə deyib: “Qeyd eləmək istəyirəm ki, hazırda Ukrayna ərzisinə Rusiya təcavüzünün dəf edilməsi ilə bağlı müdafiə əməliyyatı davam edir. Bu isə qətiyyən o demək deyil ki, Ukrayna RF ərazisindəki bütün fəlakətlərə və hadisələrə görə cavabdeh olmalıdır. Belə ittihamlarla ilk dəfə qarşılaşmırıq. Ona görə də, mən bu informasiyanı nə təsdiq, nə də təkzib edəcəyəm”.
Hürr Tərcüman