Ukrayna MN ölkəyə xarici bazaların yerləşdirilməsini tələb edir
2023-07-18 10:08:00
Bunun üçün Konstitusiyada dəyişiklik aparılmalıdır
Hurriyyet.az xəbər verir ki, Ukraynanın Müdafiə naziri Aleksey Reznikov ölkədə xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməsinə icazə verilməsini tələb edib.
O, Ukrayna Konstitutsiyasındakı xarici bazaların yerləşdirilməsinin qadağan edilməsi müddəasının aktual olmadığını söyləyib.
“STRANA.ua” portalının yazdığına görə, Reznikov deyib: “Bəllidir ki, zərurət yarandığı təqdirdə bazanı baza yox, “təcrübə mübadiləsi mərkəzi” kimi adlarla adlandırmaq üçün hüquqi formul tapmaq olar. Amma, niyə?”
Nazir bu qanunun Ukrayna Konstitusiyasından çıxarılmasını zəruri hesab elədiyini bildirib.
Hürr Tərcüman