Ukrayna-Moldova sərhədində qalan azərbaycanlılardan SON XƏBƏR
2022-02-26 13:02:00
“Dünən səhər Kiyevdən Moldovaya yola düşən 20 azərbaycanlı yol sərhədi keçib”.
Hurriyyet.az xəbər verir ki, bunu Musavat.com-a Ukrayna Azərbaycanlıları Radasının sədri Ceyhun Məmmədov bildirib.
UAR sədri uzun növbə yarandığını qeyd edib: “Son iki gündə təxliyə üçün bizə təxminən 500 azərbaycanlı müraciət edib. Təxliyə üçün bütün imkanlardan istifadə edilir. Azərbaycana dönmək istəyən soydaşlarımızın təxliyəsi üçün Azərbaycanın Moldovadakı və Rumıniyadakı səfirlikləri lazımi işləri görəcəklər. Hazırda sərhəddə uzun növbə yarandığı üçün onlar gözləməyə məcburdurlar”.