📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna münaqişəsi III Dünya müharibəsinə çevrilə bilər

2024-10-10 15:09:12

Ukrayna münaqişəsi III Dünya müharibəsinə çevrilə bilər

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyyarto jurnalistlərə açıqlamasında Ukraynanın NATO-ya daxil olmasının III Dünya müharibəsinə səbəb ola biləcəyini bəyan edib. 
Peterburq Beynəlxalq Qaz Forumunda iştirak edən nazir deyib: "Ukrayna indiki vəziyyətdə NATO-ya daxil edilsə, bu üçüncü dünya müharibəsinin başlanması demək olacaq. Macarıstan həmişə Rusiya ilə NATO arasında birbaşa qarşıdurmanın təhrik edilməsinin əleyhinə olub".
Hürr Tərcüman