📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna NATO-ya daxil olmaqdan imtina edə bilər?

2022-02-14 11:35:00

Ukrayna NATO-ya daxil olmaqdan imtina edə bilər?

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ukraynanın Böyük Brtianiyadakı səfiri Vadim Pristayko "BBC Radio 5" kanalına müsahibəsində Ukraynanın Rusiya ilə hərbi münaqişədən qaçmaq üçün NATO-ya daxil olmaqdan imtina edə biləcəyini bildirib.

Səfir NATO alyansına daxil olmaq hədəfinin Ukraynanın Konstitusiyasında qeyd edildiyini xatırladaraq deyib: “Lakin biz vəziyyətdən ən yaxşı çıxış yolu axtarışında tez uyğunlaşmağa meylliyik. Əgər, bu yolla gərginliyin qarşısı alınacaqsa, biz onu nəzərdən keçirərik”.

Hürr Tərcüman