📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna nə qədər hərbçisini itirib? – ZELENSKİ AÇIQLADI

2024-02-23 12:36:51

Ukrayna nə qədər hərbçisini itirib? – ZELENSKİ AÇIQLADI

Ukrayna və Rusiya hərbi itkilərinin nisbəti birin beşə nisbətindədir.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News”-a müsahibəsində deyib.

Jurnalist Prezidentdən Ukraynanın bu müharibədə itkilərinin nə qədər olduğunu soruşub. Zelenski cavabında konkret rəqəm açıqlamayıb: "On minlərlə ölüm. Bu nisbət birə beşdir. Döyüşdə həlak olan hər bir əsgərimizə beş rus əsgəri düşür".

Xatırladaq ki, müxtəlif mənbələr Rusiyanın Ukraynada artıq 400 minə yaxın canlı qüvvə itkisi verdiyini yazırlar. Bu hesablamadan çıxış etsək, Zelenskinin dediyindən belə çıxır ki, həlak olan ukraynalı əsgərlərin sayı 100 min nəfəri keçmir.

AzPolitika.info