📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Novqoroddakı hərbi aerodroma hücum etdi

2023-08-19 15:17:00

Ukrayna Novqoroddakı hərbi aerodroma hücum etdi

Ukrayna Rusiyanın Novqorod vilayətindəki hərbi aerodroma PUA ilə hücum edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA zərbəsi nəticəsində anqarda yanğın baş verib. Yanğınsöndürmə briqadaları tərəfindən yanğın dərhal söndürülüb.

PUA atıcı silahlarla vurulub.

Bildirilir ki, hücum nəticəsində insanlar zərər görməyib.

Bir təyyarənin zədələndiyi qeyd olunur./Axar.az/