📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna nüvə müharibəsinə hazırlaşır

2025-04-21 16:12:14

Ukrayna nüvə müharibəsinə hazırlaşır

Hurriyyet.az xəbər verir ki, Ukrayna İsraildən şüa xəstəliyini müalicə edən dərmanlar alır.
Bu barədə "Tayms of İsrail" nəşri məlumat verib.
Məlumatda Ukraynanın ehtimal edilən radiasiya insidentinə qarşı İsrail preparatlarının tədarükü ilə bağlı müqavilə imzaladığı bildirilir.
Qəzetin yazdığına görə, müqavilə Çernobıl AES-in sarkofaqına dron zərbəsindən təqribən 2 həftə sonra imzalanıb. Sazişi Ukraynanın "Hemafund" qan bankı ilə Hayfada yerləşən "Pluri" biotexnologiya şirkəti imzalayıblar".
Hürr Tərcüman