Ukrayna ombudsmeni Saakaşvili ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət etdi
Hurriyyet.az “Qruziya Onlayn” portalına istinadən xəbər verir ki, Ukraynanın ombudsmeni Lyudmila Denisova büynəlxalq təşkilatlara və ictimaiyyətə müraciət edərək, Ukrayna vətəndaşı, hazırda həbsdə olan keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin hüquqlarının pozulmasının qarşısını almağa çağırıb.
Denisova bu barədə öz “Feysbuk” səhifəsində yazıb: “Mən dünən Mixail Saakaşvilinin anası Qiuli Alasaniya ilə görüşmüşəm.
Mixailin səhhəti ilə onun 18 №-li həbsxananın tibbi mərkəzindəki şəraiti müzakirə edilib.
Onun hüquqlarının müdafiəsinin və ona qarşı layiqli münasibətin təmin edilməsi üçün görülən tədbirlər barəsində məlumat verilib.
Mən Ukrayna vətəndaşı Mixail Saakaşvilinin hüquqlarının pozulması barəsində BMT-nin insan hüquqları üzrə ali komissarı Ann Lindeyə, Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçə, BMT-nin işkəncələrə qayrşı Komitəsinə, Avropa Şurasının işkəncələrə, qeyri-İnsani, ləqayəti alçalaldan davranışa qarşı Komitəsinə, beynəlxalq hüquq müdafiəsi təşkilatlarının Ukraynadakı 9 nümayəndəsinə, xarici dövlətlərin Ukraynadakı 78 diplomatik nümayəndəliklərinə məlumat vermişəm.
Ümid edirəm ki, beynəlxalq ictimaiyyətin Mixailin hüquqlarının pozulmasına diqqət yetirməsi onun yaşamaq, təhlükəsizlik, zəruri tibbi yardım və ədalətli məhkəmə hüquqlarının təmin edilməsinə imkan yaradacaq”.
Hürr Tərcüman