📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ukrayna ordusu bir gündə Rusiyanın 200 pilotsuz təyyarəsini məhv edib” – Tarnavski

2024-01-24 14:05:17

“Ukrayna ordusu bir gündə Rusiyanın 200 pilotsuz təyyarəsini məhv edib” – Tarnavski

Son 24 saat ərzində Tavriya istiqamətində Rusiya ordusunun 200-ə yaxın pilotsuz təyyarəsi məhv edilib.

Hurriyyet.az xəbər verir ki, bunu “Tavriya” əməliyyat-strateji qoşunlar qrupunun komandiri Aleksandr Tarnavski bildirib.

Tranavski PUA-larla yanaşı, çoxlu sayda rus hərbi texnikasının məhv edildiyini deyib:

“Söhbət 5 tank, 14 zirehli döyüş maşını, 15 artilleriya sistemi, bir reaktiv yaylım atəşi sistemi, bir hava hücumundan müdafiə sistemi, 16 avtomobil və iki xüsusi texnikadan gedir. Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələri rusların döyüş sursatı anbarını, yanacaq-sürtkü materialları anbarını və daha bir mühüm obyektini məhv edib. Baş verən 36 hərbi toqquşma zamanı 394 rus hərbçisi öldürülüb”. 

AzPolitika.info