Ukrayna ordusu bu şəhərin 70%-ni geri aldı
2022-03-08 09:04:00
Ukrayna ordusunun İrpen uğrunda döyüşü davam edir.
Hurriyyet.az xəbər verir ki, artıq ordunun şəhərin 70%-nə nəzarətə ələ aldığı bildirilib.
“Belə bir informasiya yayılmışdı ki, İrpen tam şəkildə düşmənin işğalı altındadır. Mən rəsmi olaraq bunu təkzib edirəm. Şəhərin cəmi 30%-i düşmənin nəzarətindədir, qalan hər şeyi ordumuz nəzarət edir”, - şəhərin rəhbəri Aleksandr Markuşin deyib.