Ukrayna ordusu Donestk vilayətində bir sıra məntəqələri azad edib
2023-06-12 09:25:00
Hurriyyet.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, Ukrayna hərbçiləri uğurlu əks-hücum əməliyyatları nəticəsində Donetsk vilayətində Neskuçnoe, Blaqodatnoe və Makarovka yaşayış məntəqələrini azad ediblər.
Bununla yanaşı, Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Baxmut istiqamətində Ukrayna qüvvələrinin əks-hücumu davam edir: “Berxov su anbarı rayonunda uğurlarımız var. 250 m irəliləyiş olub. Cənubda iki istiqamətdə 300 və 1500 m irəliləyişlərimiz var”.
Hürr Tərcüman