Ukrayna ordusu düşmənin itkilərini açıqladı – Rusiya 20-dən artıq təyyarə ilə vertolyot, 650-dən artıq zirehli texnika itirib
2022-02-26 11:20:00
Hurriyyet.az xəbər verir ki, Ukraynanın Silahlı Qüvvələri Rusiyanın 20-dən artıq təyyarə və vertolyot itirdiyini, 650 ədədə yaxın zirehli texnikasının məhv edildiyini bəyan edib.
Ukrayna ordusunun mətbuat xidmətinin bu gün səhər saatlarında verdiqi açıqlamada Rusiya ordusunun itkisinin siyahısı verilib. Rusiya aşağıdakı texnikasını itirib:
təyyarə – 14 ədəd;
vertolyot – 8 ədəd;
tank – 102 ədəd;
zirehli hərbi avtomobil – 536 ədəd;
top artilleriyası – 15 ədəd;
BUK Zenit-raket kompleksi – 1 ədəd.
Həmçinin, hərbi təcavüz başlanan gündən bəri 3,5 min rusiyalı hərbçinin öldüyü, 200 nəfərin əsir düşdüyü bildirilir.
Hürr Tərcüman