📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna ordusu irəliləyir

2022-10-04 22:39:00

Ukrayna ordusu irəliləyir

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukrayna ordusu ölkənin cənubunda və şərqində bir sıra yaşayış məntəqələrini işğaldan azad edib.

Ukrayna ordusu Rusiya ordusunu Xerson vilayətinin dörd yaşayış məntəqəsindən və Xarkov vilayətinin iki yaşayış məntəqəsindən çıxarıb. Xerson vilayətinin Davıdov Brod, Novopetrovka, Staroselye, Dudçanlı və Xarkov vilayətinin Borovskaya Andreyevka və Boquslavka kəndləri Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə qayıdıb.

Ukrayna ordusu Xarkov, Xerson və Donetsk vilayətlərində irəliləməyə davam edir.

Ukrayna Prezidenti Vladimir Zelenski 3 oktyabr tarixli videomüraciətində Xarkov vilayətinin 450-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edildiyini bəyan edib.

Hürr Tərcüman