📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna ordusu irəliləyir: Bu kəndlər azad edildi

2023-06-05 09:55:00

Ukrayna ordusu irəliləyir: Bu kəndlər azad edildi

Ukrayna ordusu Zaporojye vilayətində bir istiqamətdə irəliləyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“İyunun 4-də Ukrayna qüvvələri Donetsk vilayətinin qərbində və Zaporojye vilayətinin şərq hissəsində lokal hücumlar həyata keçirərək məhdud taktiki uğur əldə ediblər", - məlumatda qeyd olunub.

İnstitut analitikləri rusiyalı hərbi jurnalistlərə istinadla bildiriblər ki, Ukrayna ordusunun mexanikləşdirilmiş qüvvələri Rivnopoldan şimal-şərqə doğru kiçik irəliləyiş əldə edib:

“Rus hərbi blogerlər Ukrayna ordusunun Novodarovka və Neskuçnoqo yaşayış məntəqələrini azad etdiyini elan ediblər. Hətta Rusiya ordusunun Novodarovkadan cənub-qərbdə yerləşən Levanddakı mövqelərini itirdiyi bildirilir. O da qeyd olunur ki, ukraynalı hərbçilər rusların birinci müdafiə xəttini yarıb və bu rayonda 500 metr-3 kilometr irəliləyiblər”.